Türkiyənin Düzcə vilayətində torpaq sürüşməsi baş verib.
Eurasia Diary Anadolu agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb. Onların arasında uşaqlar da var. Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, torpaq sürüşməsinə şiddətli yağışlar səbəb olub.
İtkin düşənlərin axtarışları üçün bölgəyə çox sayda xilasedici cəlb edilib. Şiddətli yağışlar bəzi ərazilərdə daşqınlara yol açıb. Təbii fəlakətlə bağlı xüsusi mərkəz yaradılıb.
Qeyd edək ki, bölgədə hava şəraiti ötən gün axşam saatlarından kəskin pisləşib.