Türkiyə hərbi hava qüvvələrinə aid təyyarələr İraqın Şimalında PKK-lı terrorçulara aid bir çox hədəfi məhv edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Hakurk bölgəsində müvəffəqiyyətlə davam edən "Pəncə Hərəkatı" ilə koordinəli şəkildə, İraqın şimalındakı Karacak bölgəsinə edilən hava hücumu zamanı PKK-ya məxsus çox sayda hədəf yerlə bir edilib.
Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında isə bildirilir ki, Diyarbəkirin Lice rayonunda həyata keçirilən hava hücumu zamanı 5 terrorçu silahları ilə birgə zərərsizləşdirlirb. Açıqlamada bölgədəki əməliyyatların davam etdirilidiyi qeyd olunub.