Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ-a həvalə edilir | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ-a həvalə edilir

Dünya A- A A+
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdel Əl Səud ABŞ-a öz ölkəsi ərazisində hərbiçilərin yerləşdirilməsinə icazə verdiyini bəyan edib.

Eurasia Diary xəbər verir ki, bu barədə “Reuters” öz mənbəyinə istinadla xəbər verir.

Mənbə bildirib ki, Səudiyyə Ərəbistanına əvvəlcə 500 amerikalı gələcək. Onlar regionda təhlükəsizliyə nəzarət edəcək və ölkəni təhdid edən müxtəlif təhlükələrin qarşısını alacaqlar.(oxu.az)

Son məlumatlara əsasən, ABŞ ordularının Səudiyyə Ərəbistanına göndərilməsi əməliyyatına artıq başlanılıb.

Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanında qoşun yerləşdirilməsi barədə danışıqlara İranla münasibətlərin kəskinləşməsi fonunda başlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...