ABŞ müsəlman din xadimini mükafatlandırdı - Gözlənilməz | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


ABŞ müsəlman din xadimini mükafatlandırdı - Gözlənilməz

Dünya A- A A+
ABŞ hökuməti 262 xristianı qətllərdən xilas etmiş Nigeriya imamını mükafatlandırıb. 
 
Eurasia Diary moderator.az-a istinadən xəbər verir ki, bu haqda “ВВС Africa” Televiziya və Radio Şirkəti məlumat yayıb. 83 yaşındakı imam Əbubəkr Abdullahi Sudan, Braziliya, İraq və Kiprdən olan dörd digər  din xadimi  ilə birlikdə  "Beynəlxalq Din Azadlığı” mükafatına layiq görülüb.  İmama mükafatı ABŞ dövlət katibi Mayk Pompeo təqdim edib. 
 
Müsəlman din xadimi Nigeriyanın Plato əyalətində xristian əkinçilərlə yerli çobanlar arasında münaqişə zamanı 262  xristianı məsciddə və öz evində gizlədərək onların həyatını xilas edib. Bununla o, öz həyatını da risqə atıb.
 
Xatırladaq ki, bir müddət öncə nümunəvi və fədakar davranışına görə Nigeriya prezidenti Məhəmməd Buxari də həmin imamı "Milli şərəf" mükafatına layiq görmüşdü. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...