Məşhur rejissor Oliver Stoun Rusiya Prezidentindən qızının xaç atası olmağı xahiş edib | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Məşhur rejissor Oliver Stoun Rusiya Prezidentindən qızının xaç atası olmağı xahiş edib

Dünya A- A A+

Məşhur amerikan kinorejissoru, ssenarist və prodüser Oliver Stoun Rusiya Prezidenti Vladimir Putindən müsahibə alıb.

Eurasia Diary AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısı artıq bir-iki körpənin xaç atası olduğunu, pravoslav adətinə görə, xaç suyuna salınma kimi müqəddəs mərasimdən imtina etməyin mümkün olmadığını söyləyib. Vladimir Putin diqqətə çatdırıb ki, bir neçə körpəni xaç suyuna salıb. Bundan sonra Oliver Stoun dövlət başçısından xahiş edib ki, onun qızının xaç atası olsun. Putin isə cavabında qızın özündən soruşmaq lazım gəldiyini deyib. Kinorejissor razılaşıb və məlumat verib ki, qızının 22 yaşı var və xristian adət-ənənələri ilə tərbiyə alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...