Rusiyada nazirlikdən təklif - Pivə spirtli içki sayılmasın | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Rusiyada nazirlikdən təklif - Pivə spirtli içki sayılmasın

Dünya A- A A+

Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin alkoqol məhsulu hesab edilməməsi təklifi ilə çıxış edib.

RBK xəbər verir ki, sözügedən təklif nazirliyin 2019-2025-ci illər üçün nəzərdən tutulmiş ticarətin inkişaf strategiyası planında yer alıb.

Məqsəd pivəni hazırda bütün alkoqol məhsulları üçün tətbiq edilən məhdudiyyətlərdən azad etməkdir. Nazirlik strategiya layihəsini razılaşdırılması üçün müvafiq qurumlara göndərməyə hazırlaşır.

Qeyd edək ki, 2012-ci ildə pivə və tərkibində 0,5 faizdən çox spirt olan digər içkilər (kvas və kefir istisna olmaqla) alkoqol içkiləri ilə bərabər tutulub. Onu 2013-cü ildən kiçik dükanlarda satmaq olmaz. 2017-ci ildə isə pivələrin 1,5 litrlik plastik butulkalarda satışına qadağa qoyulub.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...