Ukraynada növbədənkənar parlament seçkiləri start götürüb.
Eurasia Diary xəbər verir ki, seçki məntəqələrində seçicilər yerli vaxtla 20:00-a qədər səsvermə hüququndan istifadə edə biləcək.
Seçkilərdə ümumilikdə 24 siyasi partiya və 3220 namizəd iştirak edir.
Ukrayna Daxili İşlər Nazirliyindən seçici fəallığının 50-ə yaxın olmasının gözləndiyi bildirilib.
Azərbaycanda olan Ukrayna vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində açılmış 3 saylı seçki məntəqəsində öz səslərini verə bilərlər.