Putin Əsədə söz verdi - "birlikdə son qoyacağıq" | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Putin Əsədə söz verdi - "birlikdə son qoyacağıq"

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putin ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi münasibətilə Suriya Prezidenti Bəşər Əsədə təbrik məktubu göndərib.

Eurasia Diary bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Putin Rusiya tərəfinin bundan sonra da Suriyanın suverenliyin qorunması, təhlükəsizliyinin təmin olunması və ölkənin bərpasında bu ölkə ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Birgə səylərlə Suriyadakı terror qüvvələrinə qəti məğlubiyyət yaşadacağıq”, - deyə Putin bildirib.

TASS isə qeyd edir ki, Rusiya Federasiyası və Suriya Xarici İşlər nazirlikləri, həmçinin iki ölkənin baş nazirləri də bir-birilərini qarşılıqlı olaraq təbrik ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...