Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb.
Eurasia Diary xəbər verir ki, bu haqda bu gün səhər saatlarında onun Vikipedia səhifəsində qeyd edilib. 21 iyul 2019-cu il onun vəfat tarixi kimi göstərilib.
Həmçinin, prezidentin zəhərlənmədən dünyasını dəyişdiyi iddia olunub.
Günün ikinci yarısında isə qeyd olunanlar prezidentin Vikipedia səhifəsindən silinib.