“Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var” - Nazir | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


“Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var” - Nazir

Dünya A- A A+

“Ölkəmizin havadan müdafiə sisteminə ehtiyacı var. “S-400” sistemindən baha olmasına baxmayaraq, ABŞ-dan “Patriot” istədik, müxtəlif bəhanələrlə bundan imtina etdilər”.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, ABŞ prezidenti Donald Tramp bu məsələni bildiyi üçün Türkiyəyə sanksiya tətbiq etmək istəmir: “Donald Tramp Yaponiyada verdiyi vədə əməl etməyə çalışır. Onun bu sanksiyanı dayandırmaq və ya ləğv etmək hüququ var”.

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini alması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...