Rusiyada uşaq düşərgəsi yandı - ölənlər var | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Rusiyada uşaq düşərgəsi yandı - ölənlər var

Dünya A- A A+

Rusiyanın Xabarovsk vilayətindəki uşaq düşərgəsində baş vermiş yanğın nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Eurasia Diary-nin “RİA Novosti”-ə istinadən məlumatına görə, yanğın ötən gecə “Xoldomi” dağ-xizək kompleksinin ərazisindəki çadır şəhərciyində baş verib.

Hadisə zamanı bir uşaq yanıb, yeddisi uşaq olmaqla, 12 nəfər xəsarət alıb. Üç uşaq isə xəstəxanada həyata gözlərini yumub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, yanğın 26 çadırdan 20-ni əhatə edib. 

Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisə yerində istintaq qrupu araşdırma aparır. 

İlkin ehtimala görə, yanğına qızdırıcının yanması səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...