“Onların ölkəmizə casus göndərmələrini gözləmədən, biz özümüz gedib onları tapdıq”.
Eurasia Diary ordu.az-a istinadən xəbər verir ki, iyulun 22-də İran Kəşfiyyat Nazirliyi sənədli film yayaraq, öz fəaliyyətləri və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) casuslarını xarici ölkələrdə necə izlədiklərini nümayiş etdiriblər.
Bununla yanaşı filmdə Ermənistanda çəkilən kadrlar da nümayiş etdirilir. İran tərəfinin məlumatına görə, filmin informasiya fürsəti son illər ərzində Mərkəzi Kəşfiyyat İdarəsinin 17 agentinin ifşa edildiyini və onlardan bir neçəsinin həbs edilərək ölümə məhkum edildiklərini nümayiş etdirməkdir. İran tərəfinin məlumatına görə, filmdə nümayiş edilən kadrlardakı şəxslər xaricdə fəaliyyət göstərən MKİ agentləridir, İran kəşfiyyatı isə onları izləyir.
Kadrlarda nümayiş edilən şəxslərdən birinin demək olar ki, bütün şəkillərinin Ermənistanda çəkildiyi görünür. Aparıcının sözlərindən sonra Kəşfiyyat nazirinin sözləri səsləndirilir. O qeyd edir ki, “onların ölkəmizə casus göndərmələrini gözləmədən, biz özümüz gedib onları tapdıq”.
Həmin şəxs barədə filmdə digər kadrlar da nümayiş olunur. Həmin kadrlar Ermənistanda müxtəlif restoranlarda çəkilib. Məsələn, məhz kadrlardan birində “Kilikia” pivə zavodunun soyuducusu görünür.
Həmin şəxs barədə filmdə digər kadrlar da nümayiş olunur. Həmin kadrlar Ermənistanda müxtəlif restoranlarda çəkilib. Məsələn, məhz kadrlardan birində “Kilikia” pivə zavodunun soyuducusu görünür.