Xəbər verdiyimiz kimi, ötən gün Qırğızstanın sabiq prezidenti Almazbəy Atambayevin Koy-Taş kəndindəki iqamətgahına hücum edən xüsusi təyinatlılar onu həbs etməyə çalışıb.
Nəticədə Atambayevin tərəfdarları ilə xüsusi təyinatlılar arasında toqquşma baş verib, 1 nəfər ölüb, 52 nəfər yaralanıb. Xüsusi təyinatlılar sabiq dövlət başçısını saxlaya bilməyib.
Qaynarinfo döyüş meydanına çevrilən iqamətgahın son görüntülərini təqdim edir. (qaynarinfo.az)