Ermənistan Jurnalistlər Birliyinin sabiq rəhbəri Astxik Qevorqyana qarşı ittiham irəli sürülüb.
Eurasia Diary APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
86 yaşlı Astxik Qevorqyana qarşı Cinayət Məcəlləsinin 325-ci maddəsi - saxtalaşdırma, saxta möhürlərin hazırlanması və istifadəsi, rəsmi sənədlərin satışı ilə bağlı ittiham irəli sürülüb.
Ondan ölkədən çıxmamaqla bağlı iltizam alınıb.