Türkiyənin 4 partiyasından ABŞ-a tələb - "Fətullah Güləni geri qaytarın" | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Türkiyənin 4 partiyasından ABŞ-a tələb - "Fətullah Güləni geri qaytarın"

Dünya A- A A+

Türkiyənin 4 böyük siyasi partiyası FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı ABŞ-a müraciət edib.

Eurasia Diary-nin APA-ya istinadən verdiyi xəbərə görə, müraciəti hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası (AK Parti) və müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP), İYİ Partiyanın Türkiyə Böyük Millət Məclisindəki üzvləri imzalayıblar. 

Qeyd edilib ki, FETÖ başçısı Gülən terror təşkilatını hazırda ABŞ-dan idarə edir. 

”FETÖ İŞİD və əl-Qaidə terror təşkilatlarının üsullarından istifadə edir. Gülənin indiyədək ekstradisiya edilməməsi Türkiyə-ABŞ münasibətlərinə də zərər verir”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də FETÖ Türkiyədə hərbi çevrilişə cəhd edib. Nəticədə yüzlərlə insan şəhid olub, minlərlə şəxs yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...