İraqda ABŞ əsgəri öldürüldü | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


İraqda ABŞ əsgəri öldürüldü

Dünya A- A A+
İraqın şimalında İŞİD terrorçularına qarşı aparılan hərbi əməliyyat zamanı bir ABŞ əsgəri həlak olub.
 
Eurasia Diary bildirir ki, bu barədə ABŞ liderliyindəki beynəlxalq koalisiya məlumat yayıb.
 
Açıqlamada əsgərin ölümü və hərbi əməliyyat barədə detallı informasiya verilməyib. Yalnız o bildirilib ki, həmin əsgər əməliyyat zamanı İraq təhlükəsizlik qüvvələrinin məsləhətçisi və müşahidəçisi olub.
 
Qeyd edək ki, ABŞ və müttəfiqlərindən ibarət beynəlxalq koalisiya 2014-cü ildən bəri Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...