Çində şiddətli "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.
Eurasia Diary "Qafqazinfo"-ya istinadan xəbər verir ki, dünən Çin sahillərinə çatan qasırğa əsasən ölkənin Cıcian vilayətində ciddi tələfat və dağıntıya səbəb olub. Belə ki, Vencou şəhərinin Yoncia dairəsində qasırğanın gətirdiyi şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. Palçıq axını çayın qarşısını kəsib və daşqın suları qəsəbəni basıb. Vilayətdə 173 min hektar əkin sahəsi daşqın sularının atında qalıb, 34 min ev zərər görüb.
20 nəfərin itkin düşdüyü bildirilir.