Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, faciə hərbi paradda baş verib.
Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını əllərində tutaraq vertolyotdan trosla sallanıb. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi böyük yüksəklikdən yerə düşüb.
Hazırda paradın keçirildiyi zona bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.