İmamoğlunun pasportuyla qumar oynadılar | Eurasia Diary - ednews.net

18 Avqust,


İmamoğlunun pasportuyla qumar oynadılar

Dünya A- A A+
İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu onun pasportunun seriya nömrəsini gizlətmədən paylaşan AK partiyasının millət vəkili Serkan Bayramı məhkəməyə verib.
 
İmamoğlu ərizəsində onun vəsiqəsinin seriya nömrəsi ilə qumar oynanıldığını qeyd edib.
 
Bildirilib ki, naməlum şəxslər seriya nömrəsindən istifadə edərək mərc oyunları saytında hesab açaraq qumar oynayıblar.
 
Bu səbəbdən İmamoğlu Serkan Bayramdan 50 min türk lirəsi dəyərində təzminat tələb edir.
 
Serkan Bayram isə bu iddianı qəbul etmir. O, seriya nömrəsinin özü tərəfindən paylaşıldığını bildirib.(Qafqazinfo)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...