Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb | Eurasia Diary - ednews.net

18 Avqust,


Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb

Dünya A- A A+

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

Eurasia Diary “Report”a istinadla xəbər verir ki, bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb. 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...