Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının tədarükü avqust-sentyabrda həyata keçiriləcək.
Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.
Müdafiə naziri qeyd edib ki, Türkiyənin öz hava məkanını müdafiə etməyə ehtiyacı var.
Qeyd edək ki, iyulun 12-də S-400-lərin ilk partiyası Rusiyadan Türkiyəyə tədarük olunub.