Ərdoğanın qurbanını kəsib imkansızlara verdilər | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Ərdoğanın qurbanını kəsib imkansızlara verdilər

Dünya A- A A+
Ərdoğanın qurbanını kəsib imkansızlara verdilər.
 
Eurasia Diary xəbər verir ki, Türkiyə Dəyanət Vəqfi “Qurbanını kəs qardaşınla yaxınlaş” şüarıyla 149 ölkədə apardığı qurban kəsimi işləri çərçivəsində Qərbi Afrika ölkəsi Toqoda 2 min 100-ü iribuynuzlu olmaqla, 14 min 700 qurban kəsib.
 
Aqoe bölgəsində kəsilən prezident Rəcəb Tayyib Ərdoğanın qurbanı da Dəyanət İşləri başçısı və Türkiyə Dəyanət Vəqfi nümayəndə heyətinin rəhbəri professor Əli Ərbaş vasitəsiylə  kəsilərək imkansız ailələrə verilib. İnsanlar aldıqları qurban payına görə Ərdoğana öz təşəkkürlərini çatdırıblar.
 
Qeyd edək ki, Türkiyə Dəyanət Vəqfi bu il ölkə daxilində 72 min 278 kəsim nöqtəsi, ölkə xaricində isə 149 ölkə 443 bölgədə qurban kəsimi həyata keçirib. (moderator.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...