Rusiya Trampın “Twitter”də “ən sevimli” ölkəsidir | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


Rusiya Trampın “Twitter”də “ən sevimli” ölkəsidir

Dünya A- A A+

ABŞ Prezidenti Donald Trampın dövlət başçısı seçildikdən sonra “Twitter” sosial şəbəkəsindəki paylaşımlarında ən çox adını çəkdiyi ölkələr arasında Rusiya birinci olub.

Eurasia Diary xəbər verir ki, bu, ekspertlərin 2016-cı ildən bəri D.Trampın “Twitter”dəki paylaşımlarını araşdırdıqdan sonra məlum olub

ABŞ lideri bu müddət ərzində xarici dövlətlərin adını 1384 dəfə çəkib. Rusiya D.Trampın ən çox adını qeyd etdiyi ölkə olub. Ağ Ev rəhbəri şimal qonşumuzun adını 297 dəfə çəkib.

Siyahıda sonrakı yerləri müvafiq olaraq Şimali Koreya, Çin və Meksika tutur. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...