Maduro eks-prezidenti ona sui-qəsd hazırlamaqda ittiham etdi | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Maduro eks-prezidenti ona sui-qəsd hazırlamaqda ittiham etdi

Dünya A- A A+

Venesuela prezidenti Nikolas Maduro Komubiyanın eks-prezidenti Alvaro Uribeni ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, o bunun üçün 32 nəfərlik qrupun hazırlandığını açıqlayıb.

“Kolumbiyanın ABŞ-dakı səfiri Fransisko Santosun və Kolumbiya prezidenti Alvaro Uribenin iştirakı ilə mənə qarşı sui-qəsd planının hazırlandığını eşitdim. Onlar məni aradan götürmək üçün 32 nəfərlik xüsusi qrup yaratmışdılar”- deyə Maduro bildirib.

2018-ci ilin avqustunda 2 pilotsuz təyyarənin köməyi ilə Nikolas Maduroya uğursuz sui-qəsd cəhdi olmuşdu.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...