Gürcüstanda itkin düşən belaruslu turistlərdən ikisinin meyiti tapılıb | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Gürcüstanda itkin düşən belaruslu turistlərdən ikisinin meyiti tapılıb

Dünya A- A A+

Gürcüstanın Svaneti rayonunda itkin düşən turistlərdən ikisi ölü, biri isə yaralı tapılıb.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb. Bildirilib ki, qurumun xilasediciləri itkin düşən turistləri Tetnuldi zirvəsində tapıb. Yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilib. 

Turistlərin ölüm səbəbi açıqlanmayıb.

***

Gürcüstanın Svaneti rayonunda üç Belarus vətəndaşı itkin düşüb.

Bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən gecə qurumun “112” qaynar xəttinə turistlərin itkin düşməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra onların axtarışına başlanılıb. Bu gün səhər isə axtarış işlərinə qurumun helikopteri cəlb edilib. İtkin düşən turistlərin hər üçünün qadın olduğu bildirilib. 

Məlumata görə turistlərdən ibarət qrup düşərgə yerinə qayıdarkən, belaruslu turistlər qrupdan ayrılıblar və daha sonra onları görən olmayıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...