Tramp “saxta media”nı ABŞ iqtisadiyyatına xələl gətirməkdə günahlandırıb | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Tramp “saxta media”nı ABŞ iqtisadiyyatına xələl gətirməkdə günahlandırıb

Dünya A- A A+

ABŞ Prezidenti Donald Tramp, "saxta xəbərlərdən" istifadə edən medianın ABŞ iqtisadiyyatına xələl gətirməyə çalışdığını söyləyib.

Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp şəxsi Twitter səhifəsində yazıb.

"Saxta xəbər mediası, ölkə iqtisadiyyatının “çökməsi” üçün əlindən gələni edir. “Saxta media” yaxşı bilir ki, yenidən prezident seçiləcəyim halda onlar üçün pis olacaq”, - deyən prezident əlavə edib ki, ABŞ iqtisadiyyatı çox güclüdür və biz tezliklə böyük bir qələbə qazanacağıq, Çin də daxil olmaqla, hər kəs bunu bilir!". 

Tramp ABŞ iqtisadiyyatının hələ də güclü olduğunu və yeni investisiya axınının davam etdiyini də bildirib. Eyni zamanda, o, ABŞ-ın Mərkəzi bankına da diqqət çəkərək, uçot dərəcəsini endirdiyinə görə Federal Ehtiyat Fondunu sərt tənqid edib.(APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...