İsrail humanitar səbəblərə görə ABŞ Konqresinin üvzü Rəşidə Tlaibin ölkəyə girişinə icazə verib.
Eurasia Diary-nin “Haraatez” saytına istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Daxili İşlər Nazirliyi açıqlama yayıb.
“Tlaib dünən axşam İsrail daxili işlər naziri Arye Deriyə məktub göndərib. O, İsrailin tələblərinə əməl edəcəyinə, ziyarət məhdudiyyətlərinə qarşı anlayışla yanaşacağına və eyni zamanda ziyarət əsnasında İsrailə qarşı boykotu təbliğ etməyəcəyinə söz verib”, deyə Daxili İşlər Nazirliyin açıqlamasında bildirilib.
Xatırladaq ki, avqustun 15-də İsrail XİN ABŞ Konqresinin iki üzvünün ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edildiyini bəyan edib.
İsrail xarici işlər nazirinin müavini Tsipi Hotoveli ABŞ Konqresində Demokratlar Partiyasının təmsilçiləri olan İlhan Ömər və Rəşidə Tlaibin İsrailə girişinə icazə verilməyəcəyini deyib. (APA)