Almazbek Atambayevin xanımına qarşı cinayət işi başlanılıb | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Almazbek Atambayevin xanımına qarşı cinayət işi başlanılıb

Dünya A- A A+

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi qaldırılıb.

Eurasia Diary “RT”-yə istinadən xəbər verir ki, o, hakimlərə təzyiq göstərməkdə ittiham olunur.

Ona qarşı irəli sürülən ittihamla razılaşmayan R.Atambayeva bildirib ki, o heç vaxt siyasətə qarışmayıb və hakimlərə hər hansı təzyiq göstərməyib.

Qeyd edək ki, sabiq prezident A.Atambayevin özü adam öldürmə, kütləvi iğtişaş təşkil etmə, adam öldürməyə cəhd, girov götürmə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...