Ukraynada hoteldə baş verən yanğında ölənlərin sayı 9-a çatıb | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Ukraynada hoteldə baş verən yanğında ölənlərin sayı 9-a çatıb

Dünya A- A A+

Ukraynanın Odessa şəhərində hoteldə baş verən yanğında ölənlərin sayı 9-a çatıb.

Eurasia Diary-nin RİA Novosti-yə istinadən xəbərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski hadisənin baş verdiyi “Tokyo Star” hotelinin rəhbərinin qanunvericiliyə uyğun cəzalanmasına şəxsən nəzarət edəcəyini bildirib. Ukraynanın baş naziri Vladimir Qroysman isə bütün istirahət mərkəzlərində, sanatoriya və mehmanxanalarda geniş araşdırılma aparılmasını tapşırıb.  

***

Ukraynanın Odessa şəhərində hotellərin birində yanğın baş verib. 

Eurasia Diary “Ukrinform”a istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb, 10 nəfər isə yaralanıb. 

Məlumata görə, yanğın gecə 01:34-də “Tokyo Star” hotelinin ikinci mərtəbəsində meydana gəlib. Yanğının söndürülməsinə 13 xüsusi avtomobil və 60 xilasedici cəlb olunub. Nəticədə yanğın 3:35-də söndürülüb.

Bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanğının təfərrüatlarına dair brifinq keçirəcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...