Gürcüstanın Kobuleti rayonunda baş verən avtomobil qəzasında bir qadın və əri ölüb, bir nəfər bədən xəsarətləri alıb.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, Acarıstan Səhiyyə naziri Zaal Mikeladze yaralı şəxsin vəziyyətinin stabil olduğunu bildirib. Qəzaya düşənlərin tətil üçün Gürcüstana gələn Ermənistan vətəndaşları olduğu bildirilib.
Faktla bağlı cinayət işi başlanıb.