Rusiya sabiq millət vəkilini Ermənistana təhvil verməkdən imtina etdi | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Rusiya sabiq millət vəkilini Ermənistana təhvil verməkdən imtina etdi

Dünya A- A A+

Rusiya Baş Prokurorluğu Ermənistan Məhkəmə Qərarlarının İcbari İcrası Xidmətinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından keçmiş millət vəkili Miqran Poqosyanı ölkəsinin hüquq-mühafizə orqanlarına təhvil verməkdən imtina edib.

Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian özünün “Facebook” səhifəsində yazıb.

O, qarşı tərəfin 1993-cü ildə qəbul edilmiş Mülki, Ailə, Cinayət İşlərinə Dair Hüquqi Yardım və Hüquqi Münasibətlər Konvensiyasına istinad etdiyini diqqətə çatdırıb.

“Report” xatırladır ki, 2008-2017-ci illərdə qeyd olunan vəzifədə işləmiş, sonradan 2018-ci ilədək millət vəkili olmuş M.Poqosyan külli miqdarda mənimsəmələr və vəzifə səlahiyyətlərindən sui-istifadələrdə ittiham olunaraq cari ilin aprel ayından axtarışa verilib.(virtualaz.org)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...