“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarusun müdafiə naziri | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarusun müdafiə naziri

Dünya A- A A+

“Azərbaycan tankçılarının beynəlxalq hərbi oyunlarda iştirakını və mübarizəsini yüksək qiymətləndirir, güclü və uğurlu çıxış etdiklərini vurğulamaq istəyirəm. Onların hazırlığı və hərbi işə göstərdikləri münasibət peşəkarlıqdır və bu, danılmaz faktdır”.

Eurasia Diary "Report"a istinadla xəbər verir ki, bunu “Beynəlxalq Ordu Oyunları - 2019”da iştirak edən Belarus Respublikasının Müdafiə naziri Andrey Ravkov deyib.

Azərbaycan Belarus münasibətlərindən danışan nazir, iki ölkənin bir-birini yaxşı başa düşdüyünü vurğulayıb:

“Biz Azərbaycan Respublikası ilə hərbi tapşırıqları yerinə yetirmək üzrə müsabiqələrdə birlikdə iştirak edirik. Biz Azərbaycanla bir-birimizi yaxşı başa düşür və anlayırıq. Deyə bilərəm ki, münasibətlərimiz yüksələn xətlə inkişaf edir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...