ABŞ-ın Pokipsi şəhəri yaxınlığında (Nyu-York) içərisində üç nəfərin olduğu yüngülmühərrikli “Cessna 303” markalı təyyarə yaşayış binasına çırpılıb.
Eurasia Diary xəbər verir ki, ABC telekanalının yaydığı məlumata görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Təyyarə ştatın cənub hissəsində yerləşən kiçik bir hava limanından havaya qalxıb. Pokipsi şəhəri yaxınlığında yerə enməli idi.
Təyyarədəki insanların, habelə çırpıldığı evin sakinlərinin taleyi barədə hələ ki, məlumat verilməyib.
Hadisə ilə əlaqədar istintaq başlanıb.(apa)
Son məlumata görə, Nyu-Yorkda evə çırpılan təyyarədə olan üç nəfərdən biri həlak olub, digər iki nəfər isə sağ qalıb.
Təyyarənin düşməsindən sonra hadisə nəticəsində evdə yanğın baş verib. Evdə olan üç nəfər (bir kişi və iki qadın) dən bir qadın ağır yaralanıb.