"Sənin Suriyada nə işin var?!" - Muxalifət liderindən Ərdoğana sərt tənqid | Eurasia Diary - ednews.net

15 Sentyabr,


"Sənin Suriyada nə işin var?!" - Muxalifət liderindən Ərdoğana sərt tənqid

Dünya A- A A+

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu iqtidarın Suriya ilə bağlı siyasətini tənqid edib.

Eurasia Diary xəbər verir ki, partiya lideri Türkiyənin Suriyaya müdaxiləsi nəticəsində YPG və PKK kimi problemlərin ortaya çıxdığını bildirib:

“YPG-PKK bəlası var, deyirlər? Bəs, bu bəlanı yaradan sən deyilsən? Suriyada nə işin var? "Problemi həll et" deyirik, "Suriyanın ərazi bütövlüyü" deyir. Harada axtarırsan ərazi bütövlüyünü? Ya Rusiyada, ya da ABŞ-da... Bəşər Əsəd hakimiyyəti hələ də oradadır”, - deyə CHP sədri bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...