Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev öz şeirinə bəstələnmiş mahnıya klip çəkdirib.
Eurasia Diary Türkistan.info-ya istinadən xəbər verir ki, klip Nazarbayevin İnstaqram səhifəsində yerləşdirilib. Klipdə Nazarbayevin öz dilindən mahnının ifasına da yer verilib.
Qeyd edək ki, Nazarbayevin şeirinə bəstələnmiş mahnının bəstəkarı Altınbek Korazbayev olub.