Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin atteşesi avtomobil qəzasına düşüb.
Hadisə Yasamal rayonu, Tibilisi prospektində qeydə alınıb.
Eurasia Diary xəbər verir ki, səfirliyin attaşesi Ahmet Adel Mohammet Fathenin idarə etdiyi səfirliyə məxsus avtomobil Şaiq Müstafayevin sürdüyü “Mercedes”lə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb./report/