Rusiya, İran və Türkiyə liderlərinin Sammitinin vaxtı açıqlandı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Rusiya, İran və Türkiyə liderlərinin Sammitinin vaxtı açıqlandı

Dünya A- A A+

Rusiya, İran və Türkiyə liderlərinin Sammiti sentyabrın 16-da Ankarada keçiriləcək.

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın üçtərəfli görüşündə Suriya məsələsi müzakirə ediləcək. Bu barədə Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın məlumat verib.

Daha əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sentyabrın 11-də üçtərəfli Sammit keçirilməsi planı barədə danışmışdı. Rusiya Prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, görüşdə Suriya münaqişəsinin tənzimlənməsinin bütün aspektləri, o cümlədən humanitar və siyasi məsələlər, habelə yer üzündə vəziyyət müzakirə ediləcək.

AzərTAc xatırladır ki, Rusiya, İran və Türkiyə liderlərinin ilk görüşü 2017-ci ildə Soçidə keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...