SEPAH İraq, Türkiyə və Ermənistanla sərhəddə geniş təlimə başlayıb - Generaldan sərt bəyanat | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


SEPAH İraq, Türkiyə və Ermənistanla sərhəddə geniş təlimə başlayıb - Generaldan sərt bəyanat

Dünya A- A A+

Avqustun 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Eurasia Diary Azərtac-a istinadla xəbər verir ki, təlimlər İranın Qərbi Azərbaycan vilayətində Maku şəhərinin yaxınlığındakı dağlıq ərazidə keçirilir.

SEPAH-ın Quru Qoşunlarının komandanı, general Məhəmməd Pakpur bildirib ki, təlimlərin məqsədi terrorçu qruplaşmaların İran ərazisinə daxil olmasının qarşısını almaqdır: “Bəzi qüvvələr İranda sabitliyi pozub sərvətlərini ələ keçirmək üçün xüsusi terrorçu qruplar hazırlayaraq ölkəyə göndərirlər. Bu qruplar sərhədi qanunsuz yollarla keçərək ölkədə terror aksiyaları törədib əhalini qorxu altında saxlamağa çalışırlar. Lakin SEPAH qüvvələri belə addımların qarşısını qətiyyətlə alacaq”.

Xatırladaq ki, İranın Qərbi Azərbaycan vilayəti İraq, Türkiyə və Ermənistan ilə sərhəddə yerləşir

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...