Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı

Dünya A- A A+

Türkiyənin Qars şəhərində qaçaqmalçılıq yolu ilə neft ticarəti ilə məşğul iki azərbaycanlı saxlanılıb.

Unikal.org-un məlumatına görə, Qars şəhərində polisin keçirdiyi əməliyyat zamanı benzin və dizel yanacağını qaçaqmalçılıq yolu ilə gətirilib və xüsusi çənlərə yükləndikdən sonra, satşını həyata keçirən 3 nəfər saxlanılıb.

Saxlanılanlardan iki azərbaycanlı olub. Onların neft çənlərindən ümumilikdə 31 min 268 litr yanacaq aşkar olunub. 

Əməliyyatda 3 ədəd metal çən, 1 ədəd dalğıc nasos, 2 ədəd maye yanacaq sayğacı, 5 ədəd müxtəlif ölçülərdə rezin şlanq, 2 ədəd nasos tapançası ələ keçirilib.

Saxlanılan şəxslər məhkəməyə aparılıb. Saxlanılanlardan ikisi sərbəst buraxılıb. Digər biri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

                                                              

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...