Əliyevdən Zelenskiyə məktub | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Əliyevdən Zelenskiyə məktub

Dünya A- A A+

Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Eurasia Diary “Qafqazinfo”a istinadən xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və firavanlıq diləyirəm”.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...