20 il əvvəl Köçəryana dedim ki, Bakı ilə razılaş, o isə.. - Niqmatulin | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


20 il əvvəl Köçəryana dedim ki, Bakı ilə razılaş, o isə.. - Niqmatulin

Dünya A- A A+

2000-ci ildə Ermənistanın o zamankı prezidenti Robert Köçəryanı Metsamor AES-in son illərini yaşadığı ilə bağlı xəbərdar etmişdim.

Eurasia Diary  "axar.az "-a istinadən xəbər verir ki, bunu Rusiyanın Atom Energetikası nazirinin eks-müavini (1998-2002) Bulat Niqmatulin deyib.

“Bu 18 il əvvəl baş vermişdi. Köçəryan o zaman dedi ki, Ermənistan AES-in bağlanmasına gedə bilməz, çünki ölkənin alternativ mənbələri yoxdur. Mən bütün qonşularıyla - Türkiyə və Azərbaycanla razılaşmağı təklif etdim. Köçəryan buna razı olmadı və mən ona birbaşa dedim ki, Ermənistanın qonşularıyla sülh əldə etmədən heç bir perspektivi yoxdur. Lakin prezident dedi ki, onlar müharibəni udublar. Mən ondan soruşdum ki, Ermənistan nəyə nail oldu? Azərbaycanın neftinin, dənizə çıxışının, insan resursunun, Türkiyə kimi müttəfiqinin olduğunu, zamanın onun xeyrinə işlədiyini söylədim. Köçəryan o zaman düşündü və qəzəblə bəyan etdi ki, ermənilərin taleyi düşmən mühasirəsində yaşamaqdan ibarətdir. Bu danışıqdan 20 il keçib. Azərbaycan inkişaf edir, əhalisi 7 milyondan 10 milyona çatıb, əhalinin rifahı yüksəlir. Mənim proqnozlarım özünü doğrultdu”, - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...