ABŞ-la Çinin Ukrayna savaşı başlayır - Görüş olacaq | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ-la Çinin Ukrayna savaşı başlayır - Görüş olacaq

Dünya A- A A+

ABŞ prezidentinin milli təhülkəsizlik üzrə müşaviri Con Bolton Çinin “Beijing Skyrizon Aviation” şirkətinin Ukraynanın “Motor Siç” müəssisəsini almağa mane olmağa hazırlaşır.

Eurasia Diary xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, artıq ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşları və ABŞ-ın Kiyevdəki Səfirliyinin nümayəndələri gələn həftə Boltonla “Motor Siç”in rəhbərliyi ilə görüşünü təşkil etməyə çalışırlar. Qəzetin mənbəsi bu obyektin alınmasına ABŞ-ın mane olmasının Çinə qarşı aparılan strateji rəqabətin bir hissəsi olduğunu deyib.

Qeyd edək ki, “Motor Siç” Zaporojyedə yerləşən müəssisədir. Bu müəssisə aviasiya üçün qaz turbinli mühərriklər hazırlayır. Bu müəssisənin məhsulları dünyanın 120 ölkəsindəki təyyarə və vertolyotlarda istismar edilir. (Axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...