Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl Həlic” qəzetinin redaktoru Həbib Əs-Sayiğ bir neçə gün öncə vəfat edib.
Eurasia Diary xəbər verir ki, sayiğin vəfatından sonra onun ölümü ilə bağlı şübhələr artmağa başlayıb.
Çünki Sayiğ ölümündən bir neçə gün öncə Ərəb ölkələrindən İsrailə artan səfərlər, münasibətlərin normallaşdırılması ilə bağlı məqalə yazmışdı. Sayiğ yazısında “İsrail bizim düşmənimizdir” ifadələrindən istifadə etmişdi. Bu yazı region mətbuatında böyük səs-küyə malik olmuşdu.
Onun məhz bu yazıdan qısa müddət sonra ölməsi hər kəsdə şübhələr yaradıb.(Axar.az)