Ermənistan hökumətinin qeyri-adekvatlığı erməni xalqına böyük qan hesabına başa gələ bilər.
Eurasia Diary "axar.az"-a istinadən xəbər verir ki, bunu “Ermənistanın Səsi” qəzetinə müsahibəsində Milli Razılıq Partiyasının lideri Aram Arutyunyan deyib.
“Paşinyan qeyri-adekvat addımlar atmağa hazırdır. Əgər hökumət binası qarşısında 10 min nəfər toplanıb istefasını tələb edərsə, onun necə davranacağını biz bilmirik. Ermənistanda payızda başlayacaq proseslər nəticəsində hakimiyyətin dəyişməsi qaçılmazdır. Ona görə də cəmiyyət bu proseslərə hazırlanmalı və qan axıdılmasından qaçmalıdır”, – deyə o bildirib.
Arutyunyan Paşinyana qarşı formalaşacaq yeni birliyə Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik edəcəyini deyib.