ABŞ məhkəməsindən ermənilərə böyük zərbə - "Soyqırım" iddiaları ləğv edildi | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ məhkəməsindən ermənilərə böyük zərbə - "Soyqırım" iddiaları ləğv edildi

Dünya A- A A+
2010-cu ildə qaldırılmış Amerikanın erməni lobbisinin 1915-ci il "soyqırım" iddialarına ABŞ Apellyasiya Məhkəməsi tərəfindən rədd cavabı verilib.
 
Eurasia Diary xəbər verir ki, erməni lobbisinin 1915-ci il "soyqırım" qurbanlarının ailələrinə təzminat və torpaq iddiaları birmənalı şəkildə ləğv edilib. 
 
Qeyd edək ki, 2013-cü ildə Kaliforniya birinci dərəcə məhkəməsinin Türkiyə lehinə verdiyi qərardan sonra erməni lobbisi Amerika Apellyasiya Məhkəməsinə müraciət etmişdi. 
 
Amerika məhkəmələrində 9 ildir davam edən məhkəmə prosessində erməni mənşəli Amerika vətəndaşları, Osmanlı İmparatorluğu tərəfindən 1915-ci il hadisələri zamanı ailələrinin mal və ərazilərinin zəbt edildiyini, xəzinə və dövlət bankları leyhinə haqsız qazanc əldə edildiyini iddia edirdilər. Türk bankları tərəfindən müdafiə edilən məhkəmədə Amerika hüquq sistemində yer alan 1976-cı il tarixli “əcnəbi vətəndaşların suveren hüquqları” qanunu əsas göstərilərək iddianın əsassız olduğunu bildirmişdi. Digər tərəf isə bu qanunun cəmiyyətin ticarət fəaliyyətlərə dair istisna hökmlərin icra edilməsinin, beləliklə xarici dövlət və bankların məsuliyyətə cəlb edilə bilməsinin mümkünlüyünü iddia edirdi.
 
Nəhayət 9 illik aradan sonra Məhkəmə Türkiyə lehinə qərar çıxardı və iş siyasi məsələ olduğuna görə ləğv olundu.
 
Dəyanət HƏSƏNZADƏ

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...