Pakistan Prezidenti Arif Ələvi Hindistanın Cammu Kəşmir bölgəsiylə bağlı açıqlama verib.
Eurasia Diary xəbər verir ki, o, açıqlamasında bildirib ki, Hindistan Cammu və Kəşmirin statusunu dəyişdirməklə çox yanlış addım atıb.
"Hindistan bununla da alovla oynadığını göstərdi", - deyə Arif Ələvi diqqətə çatdırıb.
Prezident qeyd edib ki, Cammu və Kəşmirin statusunu dəyişmək sadəcə bölgədə gərginliyi artırmağa xidmət edəcək. (Eastnews.org)