Ərdoğan sabah Rusiyaya gedir - Türkiyə prezidentindən ABŞ-a açıq xəbərdarlıq | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Ərdoğan sabah Rusiyaya gedir - Türkiyə prezidentindən ABŞ-a açıq xəbərdarlıq

Dünya A- A A+

Türkiyə prezidenti Ərdoğan sabah Rusiyaya səfər edəcək.

Eurasia Diary "strateq.az"-a istinadən xəbər verir ki, bu barədə o, bugünkü çıxışında məlumat verib.

Prezident bildirib ki, Putinlə görüşdə Suriyadakı mövcud vəzyyəti, İdlib ətrafındakı gərginliyi, ABŞ-la birgə razılaşdırılmış təhlükəsiz bölgə və digər məsələləri müzakirə edəcək.

Ərdoğan çıxışında ABŞ-a da xəbərdarlıq edib: “Artıq ABŞ-la təhlükəsiz bölgə məsələsində demək olar ki, anlaşmışıq. Artıq helikopterlərimiz, PUA-larımız sərhədi keçib. Çox yaxında quru qoşunlarımız da hərəkətə keçəcək. Əgər onlar, yəni ABŞ  bizim başımızı yenə də müxtəlif oyunlarla qatarlarsa, o zaman özümüz Suriyada nə lazımdırsa, onu da edəcəyik. Öz planlarımızı tətbiq edəcəyik. Kimsənin buna şübhəsi olmasın”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...