Bu gün Qarabağda Armenoloji konfransın açılış mərasimi keçirilib.
Eurasia Diary "moderator.az"-a istinadən xəbər verir ki, sabah da davam edəcək konfrasda Ermənistan və Qarabağdakı erməni alimləri ilə yanaşı, Avropadan gələn xeyli sayda elm və təhsil mütəxəssisi də iştirak edir. Konfransın əsas mövzusu Ermnistanın şərq bölgələrinin tarixi və mədəniyyəti ilə bağlıdır.
Tədbirdə Ermənistan Əlyazmalar İnstitutu, qondarma respublikanın Təhsil, Elm və İdman Nazirliyi, Beynəlxalq Aristologiya Tədqiqatları Dərnəyi və s. qurmların təmsilçiləri də iştirak edir.
Konfransın məqsədi Azərbaycan torpaqları üzərində bərqərar olan Ermənistan ərazisinin qədim erməni torpağı olduğunu “tarixi faktlar sasında sübut etmək”, bu ərazilərin əzəldən ermənilərə məxsusluğu ideyasını “elmi əsaslar hesabına” gücləndirməkdir.
Tədbirin məhz “Armenoloji konfrans” adlandırılması da məhz bununla bağlıdır.
Xatırladaq ki, ermənilər uzun illərdir ki, tarix elmini saxtalaşdırmaq, mədəniyyət abidələrinə kobud şəkildə müdaxilə etməklə Ermənistan və işğal edilmiş Qarabağ ərazisinin qədim ermənilərə məxsusluğunu gündəmə gətirməyə, dünyanı bu yalana inandırmağa çalışır.