Merkel Putinlə Zelenskini danışıqlara çağırdı | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Merkel Putinlə Zelenskini danışıqlara çağırdı

Dünya A- A A+

Almaniya kansleri Angela Merkel Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıqların aparılmasını dəstəkləyib.

Eurasia Diary “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalının jurnalistləri məlumat verib.

“İstəyirəm ki, Ukrayna və Rusiya prezidentləri arasında danışıqlar baş tutsun. Düşünürəm ki, biz bununla bağlı yaxın bir neçə ayda irəliləyiş əldə etməliyik”, - deyə “CNN” telekanalının jurnalistləri Merkelin sözlərini sitat gətirib.

Kansler bəyan edib ki, Ukraynadakı vəziyyət həllini tələb edən “böyük problemdir”.
 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...