Fətullahçı Terror qruplaşmasının (FETÖ) lideri Fətullah Gülənin İstanbuda yaşayarkən sürücülüyünü edən və FEM kurslarının direktoru olan Mehmet Dəmircan və həyat yoldaşı Üsküdarda gizləndikləri ünvanda yaxalanıb.
Eurasia Diary Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş polis idarəsinin və Milli Təhlükəsizlik idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində FEM kurslarının direktoru və Fətullah Gülənə yaxın olan adamlardan Mehmet Dəmircan və həyat yoldaşı yaxalanıb. Gizləndikləri evdən çoxsaylı elekton əşyalar və rəqəmsal alətlər ələ keçirilərək istintaqa təhvil verilib. Mehmet Dəmircanın arvadı polis nəzarətində şərti azadlığa buraxılıb.
Dəyanət Həsənzadə